“Mətanət-A” şirkəti məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) protokolu tərtib olunub
Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.
Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İcraatda olan işə Quba Rayon Məhkəmədində hakim Vüqar Seyidovun sədrliiyi ilə baxılacaq.