“Karton Etike Məhsulları” ASC- yə idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir
İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Vüsal Qurbanov hakim təyin edilib.
Məlumat üçün qeyd edək ki, "Karton Etike Məhsulları" ASC (VÖEN: 1000032021 ) 05.06.1997-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nemət Həziyev İbrahim oğludur. Nizamnamə kapitalı 397 578 manatdır. Hüquqi ünvanı Az1108, Baki Şəhəri Nərimanov Rayonu, Dərnəgül Şossesi, Ev 209-cu məhəllə-də yerləşir.