"Cozy Inn" MMC “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazova təyin edilib.