“İSBO Group" MMC barəsində idarəçilik qaydaları əleyhinə olan (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1 200 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Fuad Axundov təyin edilib.