“Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Protokol Tovuz Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Fərid Əliyevdir.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, hüquqi ünvanı Şəmkirdə olan “Zəyəm Texnologiyalar Parkı” ASC metal konstruksiyaların, kənd təsərrüfatı avadanlqıqlarının, dəqiq metal məhsulların istehsalı və quraşdırıllması ilə məşğuldur.