Gəncə Telekommunikasiya Mərkəzi DMA-nın Gəncə Peşə Hazırlığı Mərkəzini məhkəməyə verib .
FED.az xəbər verir ki, iddia qaldırılma səbəbi məlum deyil.
İş Gəncə Kommersiya Məhkəməsində hakim Ramiq Qələndərzadənin icraatındadır.
Məhkəmə hazırlıq iclası 10 iyul 2024-cü il, saat 11:00-a təyin edilib.