“Gəncə Memorial Hospital” Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsini məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr (vergi məsələləri) – üzrə qaldırılıb.
İşlərə Gəncə İnzibati Məhkəməsində baxılır. İddia hakim Emin Axundovun sədrliyi ilə araşdırılacaq.