"Fresh Catering" MMC şirkəti "Apss Group" MMC, "Az-Mep Group" MMC və "Amazone" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, hər üç iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr – üzrə qaldırılıb.
İşlərə Bakı Kommersiya Məhkəməsində baxılır. "Apss Group" MMC qarşısında qaldırılan iddia hakim Zaur Pirverdiyevin, "Az-Mep Group" MMC qarşında qaldırılan iddia hakim Leyla Əliyevanın, "Amazone" MMC qarşısında qaldırılan iddia isə hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.