“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC “Clean City” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “Evrascon” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.
Şirkət 30.04.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Hüquqi ünvanı Az1006 Bakı şəh, Yasamal ray. Qurban Xəlilov, ev 8-də yerləşir.