“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC “Azercell Telekom” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə qaldırılıb.
İcraatda olan işə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “Evrascon” 1968-ci ildə Bakıda SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında “Mostootryad-100” adı ilə yaradılmış tikinti müəssisəsinin bazasında 2001-ci ildə “Azərkörpü” adı ilə təşkil edilib, 2003-cü ildə rebrendinq edib, hazırda Azərbaycanın aparıcı inşaat şirkətidir.
Şirkət 30.04.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Hüquqi ünvanı Az1006 Bakı şəh, Yasamal ray. Qurban Xəlilov, ev 8-də yerləşir.