“Embawood” MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, buna səbəb idarəçilik qaydaları əleyhinə olan Xətalardır.
Belə ki, “Embawood” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) protokol tərtib olunub.
Xatırladaq ki, həmin maddəyə əsasən qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni, . özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Fikrət Əliyev hakim təyin edilib.