"EMA" QSC “SabFruit" MMC-ni və “Ecofruit” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, hər iki iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşlərə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İddialar hakim Almaz Süleymanovanın icraatındadır.
Xatırladaq ki, “EMA” şirkəti Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan şirkətdir.