"EMA" QSC “SabFruit" MMC-ni və “Ecofruit” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, hər iki iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşlərə Ali Məhkəmədə baxılır. İddialar hakim Bəhram Qəribovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “EMA” şirkəti Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan şirkətdir.