Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Məlhəm LTD” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, qurum şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İddanın qaldırılma səbəbi ergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).
İş Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazovanın icraatındadır.
Məhkəmə baxışı 11 mart 2024-cü il, saat 09:25-ə təyin edilib.
Qeyd edək ki, şirkət 28 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 92 manatdır. Qanuni təmsilçisi Eran Efruzdur.