"Yupiter Beynəlxalq Mühafizə" MMC Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlər üzrə qaldırılıb.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. İddia hakim Aysev Almazova tərəfindən araşdırılacaq.