Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) “Azərbaycan Supermarket” MMC (və ya bazarda “Bravo” brendi) ilə bağlı məhkəməyə müraciət edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Radiotezliklər İdarəsi “Azərbaycan Supermarket” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
DRİ-nin müraciətindəki işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən qaynaqlanır. İşə baxan hakim Aytən Əliyevadır.
Qeyd edək ki, supermarket şəbəkəsi 2015-ci ilin fevralında təsis edilib. “PASHA Holding” MMC ilə eyni ünvanda dövlət qeydiyyatına alınıb.