“Dəmirbank” ASC “Təmiz Tərəvəz” MMC və “Qaraçay” MMC-ni məhkəməyə verib .
FED.az xəbər verir ki, iddia müqavilələrdən (kredit) əmələ gələn öhdəliklər üzrə mübahisələr – üzrə qaldırılıb.
İşə Ali Məhkəmədə baxılır. İddia hakim İlqar Dadaşovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “Dəmirbank” ASC 1989-cu ilə yaradılıb və hal-hazırda ləğv prosesindədir.