“Çinar-Servis” İstehsalat Kommersiya Firması MMC “Varvara Balıq” ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (icarə) əmələ gələn öhdəliklər üzrə qaldırılıb. Cavabdeh qismində həmçinin Lətif Yusifov Levanoviç oğlu da çıxış ediir.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Leyla Əliyevanın İcraatındadır.
Məhkəmə ilə əlaqəli hazırlıq iclası 23.06.2023, saat 14:20-yə təyin edilib.
Məlumat üçün bildirək ki, “Varvara Balıq” ASC 04.04.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 018 000 manatdır. Qanuni təmsilçisi Mənuçehr Əhədpur Xangah Əli oğludur. Hüquqi ünvanı Az6600, Yevlax rayonu, Varvara kəndi ərazisində yerləşir.