“Cəlilabad Toxucu Tikiş” ASC -yə idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 500-600 manatadək məbləğdə, hüquqi şəxslər 1500-2000 manatadək məbləğdə cərimə edilir.
İşə Cəlilabad Rayon Məhkəməsində hakim Vüsal Cəbrayılov təyin edilib.
Qeyd edək ki, “Cəlilabad Kərpic” ASC 19.02.1998-cİ ildə yaradılıb. ASC-nin nizamnamə kapitalı 64 749 manatdır, qanuni təmsilçisi Elman İsmayılov Nərimanov oğludur. Hüquqi ünvanı Az1500 Cəlilabad Rayonu Cəlilabad şəhəri, 20 Yanvar ev 194 ünvanında yerləşir.