“Buta Farm” MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, “Buta Farm” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) protokol tərtib olunub.
Xatırladaq ki, həmin maddəyə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyeva hakim təyin edilib.
Qeyd edək ki, "Buta Farm" şirkəti daha öncə də həmin məcəllənin 215.4-cü, 221.1, 452.1, 452.3, 518.1-ci maddələri ilə də məhkəməyə verilib.
Məlumat üçün bildirək ki, "Buta Farm" şirkəti 08.07.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 500 manatdır. Qanuni təmsilçisi Emil Məmmədov Tahir oğludur. Hüquqi ünvanı Az1060, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 1022-də yerləşir.