"Bazarstore” MMC-yə cərimə protokolu yazılıb.
FED.az xəbər verir ki, protokolun yazılma səbəbi ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan (Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması) inzibati xətalar
İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə görə, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
İşə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənov icraatındadır.