“Baku Electronics” MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddasinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İcaatda olan işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Aygün Qurbanovanın sədrliyi ilə baxılır.
Məhkəmə ilə bağlı baxış iclası 09.03.2023, saat 15:45-ə təyin edilib.