“Bakinşaat Group” şirkəti "Amal Group" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia qaldırılma səbəbi məlum deyil.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə fəaliyyətə başlayıb
Bakinşaat Group-un əsas fəaliyyət istiqamətləri tikinti-quraşdırma, təmir, lahiyələndirmə və tikinti materiallarının istehsalıdır.