“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində istirahət parkında tikinti-quraşdırma işlərinin həyata keçirilməsinin satın alınması nəzərdə tutulur.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən (əlaqələndirici şəxs: Əhməd Məmmədovdan 496-52-05) ala bilərlər: E-mail ahmed. [email protected] ala bilərlər. İşlərin qısa təsviri: Bakı şəhəri, Nərimanov rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən Nəsib bəy Yusifbəyli küçəsi istiqamətində istirahət parkında tikinti-quraşdırma işlərinin həyata keçirilməsinin satın alınması. Tenderdə iştirak haqqı- 10000,00 (on min manat) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
H/h- AZ22IBAZ38030019446253269215
VÖEN-1702563281
Kod- 805625
VÖEN- 9900001881
M/h- AZ03NABZ01350100000000002944
SWİFT-IBAZAZ2X
İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə sənəd (elan verildikdən sonrakı tarixə);
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri);
- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar; - sahibkarlıq subyektinin bölgüsü;
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;
- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, oxşar işləri əhatə edən ən azı 3 mln manat həcmində sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat (müqavilə);
- iddiaçı analoji işlərdə təcrübəsinin olması barədə sənədlər təqdim etməlidir; - iddiaçının avadanlığı və texnikası barədə məlumatlar;
- iddiaçının son 3 ildə 5 milyon manat dövriyyəsi olması şərtdir;
- iddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
- iddiaçının avadanlığı və texnikası barədə məlumatlar. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
İştirakçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 noyabr 2023-cü il saat 11.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 noyabr 2023-cü il saat 17.00-a qədər Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-də 29 noyabr 2023-cü il saat 11.00-da açılacaqdır.
Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.