“Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər1 500 manat məbləğində, hüquqi şəxslər 5 000 manat məbləğində cərimə edilir.
İşə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsində hakim Pərviz Muradov təyin edilib.