“Bakı Metropoliteni” QSC gömrük qaydaları əleyhinə olan (Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 537.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 537.2-ci maddəsinə görə məhsulların satılmasının (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.