“Bakı Kondisioneri” ASC idarəçilik qaydaları əleyhinə olan (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) inzibati xəta protokolu üzrə cərimə oluna bilər.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər 500-600 manatadək məbləğdə, hüquqi şəxslər 1500-2000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun icraatındadır.
Məhkəmə baxış iclası 4 oktyabr 2024-cü il, saat 17:45-ə təyin edilib.
Qeyd edək ki, ASC-nin hazırda yığılmış vergi borcunun miqdarı 23 sentyabr 2024-cü il tarixinə 1 milyon 113 min 700 manat təşkil edir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub (2017,2018,2022,2023-cü illərdə 40 manat sanksiya).
Xatırladaq ki, “Bakı kondisioneri” 27 noyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 3 179 050 manat nizamanmə kapitalına malikdir. Qanuni təmsilçisi Əliyev Fuad Sahil oğludur.