“Azma Group” MMC-nin gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İşə Abşeron rayon Məhkəməsində baxılır.
Məhkəmə ilə əlaqəli baxış iclası 29 noyabr 2022-ci il saat 16:00-a təyin edilib. Məsələ hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq.