“Bakxanov-Çörək” ASC məhkəməyə verilib.
FED.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, “Bakxanov-Çörək” ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması) protokol tərtib olunub.
Xatırladaq ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin icraatındadır.
Məhkəmə baxış iclası 2 oktyabr 2024-cü il, saat 15:50-yə təyin edilib.
Qeyd edək ki, bu şirkət 17 aprel 2024-cü ildə yaradılıb. Şirkət 1 milyon 272 min 780 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Misirəddin Əliyev İsmayıl oğludur.