Azərbaycanda müştərilərin cari hesablarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında müştəriləri hesablarının sayı 27 milyon 571 min 526 ədəd olub.
Bu da illik müqayisədə 3 milyon 580 min 347 ədəd, yaxud 14,9%, aylıq müqayisədə 385 min 329 ədəd, yaxud 1,4% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-may aylarında müştərilərin cari hesablarının sayı 23 milyon 991 min 179 ədəd, cari ilin yanvar-aprel aylarında 27 milyon 186 min 197 ədəd olub.