"İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə irəli sürülüb.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti protokol tərtib edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərib.
İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
İş hakim Rəşad Cavadzadənin icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 12.12.2023, saat 15:45-ə təyin edilib.