"ATEF” Şirkətlər Qrupu" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhər Suraxanı Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın icraatındadır
Xatırladaq ki, ATEF Group — Azərbaycan ATEF Şirkətlər Qrupu 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında qurulub. Müəssisə güc transformatorları və geniş çeşidli digər elektrik avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb.