“Vostok Servis Bakı ” QSC “As Texno Servis”MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "AS TexnoServis" 2012-ci ildən etibarən tikinti layihələrini icra etmək üçün fəaliyyətə başlayıb.