“Arsenal-M” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
İşə Biləsuvar Rayon Məhkəməsində hakim Pərviz Əhmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, “Arsenal-M” MMC 03 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Biləsuvar rayonu Biləsuvar şəhəri, 10-cu qəsəbə, ev 336-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Vüsalə Sehran qızıdır.