"Araz Supermarket” MMC-yə yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.
Qeyd edək ki, "Araz Supermarket" daha öncə həmin məcəllənin 375.0-1-ci, 447.0.1-ci, 485.1-ci, 485.2-ci, 491.1-ci maddə 518.1-ci maddələri ilə məhkəməyə verilib.
Məhkəmə ilə əlaqəli baxış iclası 03.07.2023, saat 15:40-a təyin edilib.
Xatırladaq ki, "Araz Supermarket" MMC 06.01.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 055 020 manatdır. Qanuni təmsilçisi Rəşad İbrahimov Arif oğludur.
Hüquqi ünvanı Az1078, Bakı Şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev 137-də yerləşir.