“Araz Supermarket” MMC-yə idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Məhkəməsində hakim Nərminə Rzayevanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 20.04.2023, saat 16:00-a təyin edilib.
Qeyd edək ki, "Araz Supermarket" daha öncə həmin məcəllənin 375.0-1-ci, 447.0.1-ci, 485.1-ci, 485.2-ci, 491.1-ci maddələri ilə məhkəməyə verilib.
Xatırladaq ki, "Araz Supermarket" MMC 06.01.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 7 055 020 manatdır. Qanuni təmsilçisi Rəşad İbrahimov Arif oğludur.
Hüquqi ünvanı Az1078, Bakı Şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev 137-də yerləşir.