Aqrar Xidmətlər Agentliyinin "Agentliyin inzibati binasının cari təmir işlərinin satınalınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender predmetinin maliyyələşdirilməsinin dayandırılmasıdır (DSQ-nın 11.2-ci maddədə 2-ci hal).
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinın 2023-cü il 5 may tarixli 3-21-1/2-7738/2023 nömrəli məktubu əsasında.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.