"Nazim 1001" MMC “Agro Biz” MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. İddia hakim Aida Hüseynin sədrliyi ilə araşdırılacaq.
"Agro Biz" MMC (VÖEN: 1007050451) 11.06.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Amil Məmmədov Aqil oğludur. Hüquqi ünvanı Az1117, Baki Şəhəri Binəqədi Rayonu, Biləcəri Ştq, Məhəllə 5035, Ev 2, M. 79-da yerləşir.