İranın rəsmi agentliyi IRNA-nın xəbərinə görə, paytaxt Tehrandakı iqamətgahında Kəşfiyyat Nazirliyinin nümayəndələrini qəbul edə Ali dini lider Əli Xamenei, valyuta bazarında yaşanan böhrana toxunub.
Eləcə də bax: İranda dollar kəskin bahalaşdı – YENİ QADAĞALAR BAŞLADI
Xarici kəşfiyyat xidmətlərinin İranda qeyri-sabitlik yaratmaq məqsədilə bir çox yola əl atdığını bildirən Xamenei, "Son zamanlar valyuta bazarında ortaya çıxan problemlərə diqqətlə baxdıqda xarici xüsusi xidmət orqanlarının barmaq izi görünür", -deyib. Bu gün İranın Nazirlər Kabineti toplantı keçirərək artıq valyuta əməliyyatlarında dollar yerinə avro istifadə etmək qərarı verib. İran dolların məzənnəsini nəzarət altına almağa çalışır.
Eləcə də bax: İranda dollar alqı-satqısı qadağan olundu
Rialın dollar qarşısında dəyər itirməsinin qarşısını almaq üçün ilk əvvəl dolların məzənnəsini 42 min riyalda möhkəmləndirən İran, sonra daha bir addım ataraq vətəndaşlarının ən çox 10 min avro əllərində saxlaya bilmələrinə qərar vermişdi