İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.
FED.az xəbər verir ki, yeni qaydalara görə, valyuta dəyişmə məntəqələrinin valyuta almaq, satmaq və ya onu dəyişmək hüququ yoxdur və İran Mərkəzi Bankı bundan sonra onlara nağd vəsait təqdim etməyəcək. Növbəti göstərişlərə qədər yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.
Xatırladaq ki, hazırda İranda dolların rəsmi məzənnəsi 42 min riala bərabərdir. Qara bazarda isə Amerika valyutası 62 min riala dəyişdirilir.