İran Mərkəzi Bankı ölkədəki valyuta bazarını tənzimləmək və bu sahədə ajiotajın qarşısını almaq üçün yeni məhdudiyyətlər tətbiq edib. FED.az xəbər verir ki, yeni qaydalara görə, ölkə vətəndaşları özlərində nağd şəkildə adambaşına 10 min avrodan artıq nağd valyuta saxlaya bilməzlər. Digər bütün vəsaitləri iranlılar bankda saxlamalıdırlar.
Qaydalara görə xarici valyutada 10 min avrodan artıq pulu olan iranlılar bunu uzağı bir ay ərzində ya satmalı, ya da bank hesabına qoymalıdırlar. «Bu qaydalara əməl etməyənlər məsuliyyətə cəlb olunacaqlar»-deyə tənzimləyici qurumun açıqlamasında bildirilir.
Bu tədbirlər ölkədə ABŞ dollarının qıtlığı və kəskin bahalaşması fonunda baş verir. Belə ki, aprelin əvvəlindən indiyədək iran rialının məzənnəsi 20% aşağı düşüb. Ümumiyyətlə isə son 6 ayda rial az qala iki dəfə ucuzlaşıb və ya dollar iki dəfə bahalaşıb. Belə ki, sentyabrda İranda dolların məzənnəsi 36 min rial idi. Hazırda İran Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənədə dollar 42 min rial olsa da, qara bazarda dollar 60 mirn riala satılır.
Eləcə də bax: Banklarda dollar neçəyədir? - MƏZƏNNƏ, SİYAHI
Hökumətin rəsmi nümayindəsi Mohammad Baqer Nobaxt vəd edb ki, «Allahın köməyi ilə, dövlət vəziyyəti sabitləşdirmək üçün əlində olan bütün güc və imkanları işı salacaq.
İran polisi isə valyuta alverçilərinə qarşı sərt tədbirləri davam etdirir. Hələ fevralda Tehranda polis və Mərkəzi Bankın birgə əməliyyatı nəticəsində yüzlərlə valyuta ticarətçisi saxlanılıb və onların hesablarına həbs qoyulub. Bu hesablarda 200 trilyon rial, yəni təqribən 5,3 milyard dollar vəsait var.
Tehranın polis rəisi general Hüseyn Rahimi bildirib ki, təqribən 1 aylıq izləmədən cəmi 10 dəqiqə ərzində Tehran küçələrində 90 nəfər qanunsuz valyuta alverçisi tutulub, 10 valyutadəyişmə məntəqəsi bağlanıb, 16 məntəqəyə isə xəbərdarlıq edilib.
ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyi ilə bağlı gözləntilər İranda dollara tələbatı və onun məzənnəsini daha da artırıb. Ölkəyə dollar qeyri-rəsmi olaraq Birləşmiş Ərəb Əmirliklərindən gətirilir.
İranda dollar kəskin bahalaşdı – YENİ QADAĞALAR BAŞLADI
11:25
13 Aprel 2018