Yanvarın 7-də Azərbaycan Mərkəzi Bankı 2020-ci ildə ilk dəfə Azərbaycan manatının dünya valyutalarına nəzərən məzənnələrini açıqlayıb.
Eləcə də bax: Azərbaycanın investisiya bazarında - YENİ OYUNÇU – MARAQLI SİMALAR VAR
FED.az bu məzənnələri bir il əvvəlki - 2019-cu ilin əvvəlindəki göstəricilərlə müqayisə edib.
Azərbaycan üçün aktual olan (yəni dünyəvi və Azərbaycanın da daxil olduğu regionun ölkələrinin) valyutalara nəzər saldıqda məlum olur ki, ötən bir il ərzində bəzi valyutalar manat qarşısında güclənib, digərlərində isə zəifləmə var.
Eləcə də bax: Bitkoinlə necə pul qazanmaq olar? - MÜSAHİBƏ
Belə ki, bu müddətdə manat qarşısında ən çox bahalaşana valyuta Ukrayna qrivnası olub. Ötən il ərzində qrivna manat qarşısında 17% bahalaşıb. Manat qarşısında ikinci ən çox bahalaşan valyuta rus rublu olub 12%. İsrail şekeli manat qarşısında 8%, ingilis funtu 5% bahalaşıb.
Əvəzində özbək somu manat qarşısında 11%, türk lirəsi 9,3% ucuzlaşıb.