Azərbaycanın hələlik o qədər də geniş inkişaf etməmiş investisiya sektorunda yeni iştirakçı üzə çıxıb.
Eləcə də bax: Azərbaycanın maliyyə sektoruna – NƏHƏNG OYUNÇU GƏLİR
FED.az xəbər verir ki, bu iki il əvvəl yaradılmış «Yeni Kapital» şirkətidir.
Eləcə də bax: Azərbaycanda dəyəri - 150 MİLYON AVRO OLAN ZAVOD TİKİLƏCƏK
Yerli investorlar tərəfindən yaradılmış şirkəti ictimaiyyət dekabrın 11-də İnnovasiyalar Agentliyində bioplastik zavoduun maliyyələşdirilməsi üzrə müqavilə imzalanmasında tanıdı.
Şirkətdən veriən məlumata görə, «Yeni Kapital» regionda və Azərbaycanda kommersiya məsləhət (konsaltinq) xidmətləri təqdim edir. Bura korporativ və biznes strategiyalarının hazırlanması və yenilənməsi, maliyyə modeli, xərc-fayda təhlili və risklərin qiymətləndirilməsi də daxil olmaqla qiymətləndirmə hesablatlarının hazırlanması, problemli aktivlərin alışı, satışı və ya durğunluq dövründə müştərilərə restrukturizasiya planının hazırlanması aiddir. Bundan başqa, şirkət müştərilərinə Birləşmə və satınalma (M&A) və Özəl Kapital xidməti də göstərir. Yeri gəlmişkən, şirkətin icraçı direktor Kənan Nəcəfov FED.az-a bildirib ki, «Yeni Kapital» indiyədək bir neçə belə layihəni - M&A sövdələşməsini reallaşdırıb.
Eləcə də bax: Azərbaycanda 7 min işçisi olacaq zavod - 2 İLƏ TİKİLƏCƏK
Şirkətin təqdim etdiyi ən maralı xidmətlərdən biri «Özəl kapital» xidmətidir.
Hələlik «Yeni Kapital»ın layihələri sayca çox deyil və onlardan ən böyüyü dekabrın 11-də haqqında müqavilə imzalanan bioplastik zavodunun tikintisidir. İlkin məlumatlara görə, layihənin investisiya tutumu 150-200 milyon avrodur.
Əvəzində «Yeni kapital»ın komandasında maraqlı simalar yer alıb. Şirkətin direktoru Kənan Nəcəfovun kommersiya və korporativ sektor üzrə Azərbaycan, Birləşmiş Krallıq, ABŞ və digər ölkələrdə 20 ildən çox iş təcrübəsi var. ABŞ-ın Vorton Universitetində Maliyyə üzrə MBA və Bakı Dövlət Universitetində Beynəxalq Hüquq üzrə bakalavr dərəcəsini alıb. «Nobel Oil Ltd.» şirkətində 3 il ərzində Strategiya üzrə Baş Strategiya İnzibatçısı və Baş İçraçı Direktorun Müavini vəzifələrində çalışıb. Birləşmə və satınalmaların həyata keçirilməsi, biznesin inkişafı və holdinq strategiyasının hazırlanması, hasilatın pay bölgüsü sənədinin hazırlanması kimi funksiyaları icra edib. Bundan əvvəl, 3 il ərzində «Citigroup» şirkətinin London ofisində Səhm Analitiki vəzifəsində işləyib, Avropa, Yaxın Şərq və Afrikanın xidmət sektorunda olan neft şirkətlərinin səhmlərini qiymətləndirib.
Daha əvvəl isə «Exane BNP Paribas» şirkətinin London ofisində Səhm Analitiki vəzifəsində və «BP»nin London və Aberdin ofisində Kommersiya Analitiki və Biznesin İnkişafı vəzifələrində 5 il işləyib. «Baker Botts» şirkətinin Vaşinqton ofisində Hüquq Məsləhətçisi vəzifəsində 2 il və Dünya Bankının Bakı ofisində 3 il Əməliyyatçı vəzifəsində çalışıb.
Şirkətin əsas komandasına daxil olan digər iki nümayəndə – məsləhətçilər Rəşid Məmmədov və Osman Xalıyevin isə karyerası Mərkəzi Bankdan keçib.
Rəşid Məmmədovun bankçılıq və korporativ sahədə 10 il iş təcrübəsi var, ABŞ-ın Ohayo Dövlət Universitetində İnvestisiya və Maliyyə üzrə MBA və Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Bankçılıq üzrə magistr və bakalavr dərəcələrini almışdır. Buna qədər «Nobel Oil Ltd.» şirkətində M&A və Strategiya üzrə Mütəxəssis vəzifəsində 2 ildən çox işləyib, bir neçə layihə və şirkətlər üzrə qiymətləndirmə, yoxlama və təhlil işlərini icra edib. Azərbaycan Mərkəzi Bankında isə Bazar Əməliyyatları İdarəsində və Strateji İdarəetmə İdarəsində işləyib.
Bankçılıq və korporativ sahədə 7 ildən çox iş təcrübəsi olan Osman Xaliyev ABŞ-ın Brandays Universitetində korporativ maliyyə üzrə MBA və Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi İqtisadiyyat üzrə bakalavr dərəcəsini alıb. Vaxtilə ABŞ-ın «Global Atlantic Partners LLC» şirkətinin Boston ofisində risklərin qiymətləndirilməsi və daxili audit üzrə Məsləhətçi vəzifəsində, ondan əvvəl isə Azərbaycan Mərkəzi Bankında Mütəxəssis vəzifəsində işləyib, kredit reyestrinin genişləndirilməsi prosesində iştirak edib. Krayerasının başlanğıcında «AccessBank»da Əməliyyat Mütəxəssisi vəzifəsində 2 il işləyib.