Ukraynanın xarici borclarını ödəyə bilməməsi fonunda Rotşild şirkəti onun kreditorları ilə danışıqlar təşkil edib.
Qeydedək kİ, son məlumatlara görə, Ukraynanın dövlət borcu 155 milyard dolları keçib.
Avropanın ən varlı ailəsi Azərbaycanda - ROTŞİLDLƏRİN «QIZIL GENLƏRİ»
FED.az xəbər verir ki, avqust ayında parisdə Rotşildlərin vasitəçiliyi ilə Ukrayna hökuməti ilə ölkənin əss borcluları arasında görüşlər keçirilib. «Reuters» yazır ki, Ukrayna rəsmiləri ilə borclular arasında danışıqlar hələ 2022-ci ildən başlayıb və indiyədək çətin keçib, amma sonradan bu prosesə Rotşildlər qoşulub və razılıq əldə edilib.
Həmin danışıqlarda Kiyev borclulardan tələb edib ki, borcun 20%-dən artıq hissəsini silsinlər. Qarşı tərəf buna razılaşmayıb və xatırladıb kİ, hələ 2015-ci ildə 20%-dən artıq borcun silənməyəcəyini elan edib.
Azərbaycan Mərkəzi Bankı Rotşildlərlə - MÜQAVİLƏ BAĞLAYIR
İndi isə borcun ödənilməsinə cəmi 2 ay qalmış Rotşildlər təşəbbüsü ələ alaraq yenidən danışıqlara başlayıb və razılığa nail olublar. İyulda Ukraynanın əsas kreditorları – dünyanın aktivlər idarə edən iri şiruətləri parisə gəlib və danışıqlara başlayıblar. Onlar danışıqları Ukraynanın bu məsələlər üzrə səlahiyyətli nümayəndəsi Yuri Buts, «White & Case» şirkəti və «Rothschild» qrupu ilə aparıblar.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra Ukraynanın dövlət borcu 98 milyard dollara yüksəlib, bu ölkə ÜDM-nin 49%-i idi. 2023-cü ilin sonunda ölkənin dövlət borcu 141 milyvrd dollar və ya ÜDM-nin 88%-nə yüksəlib.
Məşhur Rotşild ailəsi Azərbaycanda biznes quracaq
Beynəlxalq Valyuta Fondu hesab edir ki, bu ilin sonuna Ukraynanın dövlət borcu ÜDM-nin 99%, gələn il isə 100%-nə yüksələcək.