Fransada səfərdə olan prezident İlham Əliyev bu gün bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb. Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb”, – deyə məlumatda bildirilir.
Dünyanın ən zəngin ailələri - SİYAHIDevid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.
Prezident İ.Əliyevin “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşündə Azərbaycan ilə şirkət arasında əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyi bildirilib, əməkdaşlığın yeni istiqamətlərinin nəzərdən keçirildiyi qeyd edilib.
Dövlət başçısı, həmçinin “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə də görüşüb.*