"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini yüksəldə və ya endirə biləcək faktorları sadalayıb.
«Fitch» Azərbaycanın reytinqini yenilədi – PROQNOZ «MƏNFİ»DİR - TAM MƏTN
FED.az xəbər verir ki, Fitch, reytinqi aşağı sala biləcək amillərin içində xarici balansların kəskin azalması, manatın devalvasiyaya uğraması, neftin qiymətinin uzun müddət aşağı qalması və bunun öz növbəsində, iqtisadiyyata, bank sektoruna ziyan vurması göstərilir.
Bəzi dövlət qulluqçuları üçün staj müddəti - 10 İldən 5 İlə Endirildi - YENİLİK
Reytinqin potensial artımına gətirib çıxara biləcək faktorlar arasında isə, agentlik neft qiymətlərinin yenidən artmasının ölkənin xarici balanslarına təzyiqin yumşaldacağını, dövlətin icmal büdcəsinin kəsirini azaldacağını, xarici dövlət borcunun ÜDM-ə olan nisbətinin aşağı səviyyədə saxlanılmasını və likvid aktivlərin artmasını göstərir. Eyni zamanda, reytinq məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və daha şəffaf olması və makro-volatilliyin azalması ssenarisində qaldırıla bilər.
"Fitch" Azərbaycanın kredit reytinqini təsdiqləyib, iqtisadi artım üzrə - PROQNOZU YENİLƏYİB
Xəbər verdiyimiz kimi, "Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu "mənfi"də saxlayıb.
Azərbaycanın IDR-ın "BB+" səviyyəsində təsdiq edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin hesabına mövcud olan çox güclü yerli və xarici balanslarını və məzənnə rejimi ilə əlaqəli olaraq siyasətin proqnozlaşdırıla bilən və şəffaf olmamasını əks etdirir.
Biznes kreditləri həcmi üzrə - BANKLARIN RENKİNQİ – (30.09.2020)
Reytinq üzrə "mənfi" proqnoz isə Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı şokları, qısamüddətli perspektivdə qlobal neft qiymətlərinin qeyri-müəyyənliyini, pandemiyanın ikinci dalğasının xarici buferlərə təsirini və nizamsız makroiqtisadi düzəlişlərlə bağlı riskləri əks etdirir. "Fitch" özünün baza ssenarisini (2021-ci (45 dollar) və 2022-ci (50 dollar) illərdə tədricən artan neft qiymətləri) nəzərə alaraq bildirir ki, manatın devalvasiya riski aşağı qalır.
Agentlik qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın iqtisadiyyatına mənfi təsiri məhdudlaşdırılsa da, COVID-19 pandemiyası, neftin aşağı qiyməti, sosial məhdudlaşdırma ölçüləri və "OPEC+" çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliklər səbəbindən bu il Azərbaycan iqtisadiyyatı 4,3% (ötən proqnoz 4,2%) azalacaq, lakin 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 2,7% ( ötən proqnoz 2,5%) və 2% (ötən proqnoz 2,8%) artacaq. (Marja)