«Fitch Ratings» reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt göstəricisi üzrə reytinqini (IDR) «BB +» səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnoz mənfidir.
Agentliyin bununla bağlı açıqlamasındka bildirilir ki, «BB +» səviyyəsi özündə
- Azərbaycanın çox güclü suveren və xarici balansını;
- Neft Fondunun böyük aktivlərinə söykənən fiskal maliyyyələşməsini;
Eləcə də
- ölkə iqtisadiyyatının neftdən yüksək dərəcədə asılılığını,
- dövlət idarəetməsindəki zəif göstəriciləri
- xüsusilə manatın məzənnəsi ilə bağlı qərarların qəbul edilməsi prosesində şəffaflığın olmaması və qeyri-müəyyənliyi əks etdirir.
Agentlik bildirir ki, «Mənfi»proqnoz – ölkəyə koronavirusun yaratdığı riskləri əks etdirir. Bura dünya bazarında neftin qiymətinin artıb-artmayacağı ilə bağlı qeyri-müəyyənlik, eləcə də COVİD-19-un Azərbaycanın xarixi ehtiyatlarını təsiri aiddir. Eləcə də, Agentlik mütəxəssisləri Azərbaycanda kortəbii makroiqtisadi korrektə riaski görürlər.
Agentlik hesab edir ki, bir qədər əvvəl Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlar üzrə Ermənistan ilə əldə edilən razılaşmanı müsbət hal saymaq olar. Bununla yanaşı, «Fitch»in fikrincə, Azərbaycanın bu yeniliklə əlaqədar olaraq regional planlarının dövlətin maliyyə vəziyyətində gərginlik və qeyri-müəyyənlik riski var.
Agentlik bildirir ki, xarici təsirlər (koronavirus və neftin ucuzlaşması) nəticəsində mart-aprel aylarında Neft Fondu ölkədə dollara artan tələbatı ödəmək və dolların məzənnəsini 1,7 manat həddində saxlamaq üçün 2,5 milyard dollar satdı (qeyd edək ki, Fond bu valyutanı onsuz da döələt büdcəsinə transfer etmək üçün satmalı idi, amma dollara tələbatıvn kəskin artmasına görə fond qarşıdakı ayların «dollar planı»nı da mart ayında satdı. Apreldən sonra Neft Fondunun dollar satışı həcmləri azaldı ki, büdcədə nəzərdə tutulduğu kimi, illik 6,7 milyard dollarlıq çərçivəyə uyğunlaşsın – FED.az). Amma hazırda xarici təsirlər xeyli azalıb.
O vaxtdan bəri xarici valyutaya xalis tələbat sabit olaraq qalıb. Hətta bir qədər əvvəl Ermənistanla döyüşlər zamanı belə xarici valyutaya tələbatın dəyişməsi müşahidə edilməyib.
Agentlik bildirir ki, hazırda Neft Fondunun valyuta satışı sürəti 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə nəzərdə tutulduğu kimidir. Və bu satışların həcmi dolların məzənnəsini 1,7 manat həddində saxlamaq üçün kifayət edir.
«Fitch» ehtimal edir ki, 2021-2022-ci illərdə neftin qiymətinin tədricən artması ilə bağlı proqnozlar səbəbindən kortəbii devalvasiya riski aşağı olaraq qalır. Bununla yanaşı, COVID-19 infeksiyasının ikinci dalğasının davam etməsi pronozları pisləşdirə bilər.
Agentlik bildirir ki, büdcəyə yenidən baxılması Neft Fondunun büdcəyə ödəmələrimnin daha 500 milyon dollar artmasına, yəni əlavə olaraq həmin məbləğdə valyuta satmasına icazə verib. Bu da manatın mübadilə məzənnəsinin qorunub saxlanmasına imkan verib.
Oktyabrın sonunadək Neft Fondu 6,2 milyard dollar satıb. 2020-ci ilin mart ayındakı problemlərdən sonra maliyyə bazarlarının sürətli bərpası, eləcə də qızılın qiymətinin yüksəlməsi Neft Fondunun aktivlərinin idarə olunmasından gəlirlərin artmasına səbəb olub. Bu da neftin ucuzlaşması və büdcənin artımı ilə bağlı olan itkiləri kompensasiya edib.
2020-ci ilin sentyabrına Fondun ümumi akutivləri cəmi 0,1% aşağı düşüb. Gözləyirik ki, 2020-ci ilin sonuna Neft Fondunun aktivləri 49,8 mlrd dollar təşkil edəcək (cari xarici ödəmələrin 31 aylıq norması).
«Fitch» neftin indiki qiymətini nəzərə alaraq gözləyir ki, bu il cari hesab üzrə mənfi saldo ÜDM-nin 1,4%-i qədər olacaq. Gələn il isə bu göstərici müsbət saldoya - 2021-də + 3,8%-ə, 2022-də isə 4,9%-ə yüksələcək.
Agentlik bildirir ki, bir qədər əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı döyüşlər və konfliktin özü Rusiyanın vasitəçiliyi ilə deyəsən başa çatır. Bununla yavnaşı, Agentlik bildirir ki, vaxt keçdikcə döyüşlərin bərpa olunması riski də var.
Sentyabrda döyüşlər başlasa da, regioanl təsirləri nəzərə almasaq, bu əməli yyatlar Azərbaycanın Ümumi Daxili Məhsuluna ciddi təsir etməyib. Üstəlik Azərbaycan hökuməti elan edib ki, regiona investisiyaları kəskin artıracaq.
Agentlik bildirir ki, Azərbaycanın fiskal və xarici maliyyə buferləri «BB» reytinqinə xas olan median göstəricilərindən daha yüksəkdir. Gözlənilir ki, 2020-ci ildə Azərbaycanın ümumi dövlət borcu Aşağı səviyyədə – 23% olacaq (bu reytinqdə olan ölkələr üçün borcun orta göstəricisi - 60% təşkil edir). Hökumətin təkrar kreditləşmə və qarantiya öhdəlikləri isə 2019-cu ilin sonuna 31% təşkil edirdi.
Neft hasilatının aşağı və zərərsiz maya dəyəri – 1 barel üçün 15 dollar – Dövlət Neft Şirkəti (S OCAR) üzrə riskləri azaldır.
Agentlik hesab edir ki, 2020-ci ildə konsolidasiya edilən büdcə kəsiri ÜDM-nin 5,7%-i qədər olacaq. Halbüki hökumət yenilənmiş büdcədə bu göstəricini 10,9% proqnoz etmişdi. Amma hökumətin proqnozu neftin 35 dollarlıq qiymətinə hesablanmışdı. İndi isə qiymətlər 40 dollardan aşağı deyil, üstəlik Neft Fondunun vəsaitlərinin idarə olunmasının gəlirliliyi daha yüksək olacaq.
Agentlik gözləyir ki, ümumi büdcə kəsiri – 2021-də 4,4%, 2022-ci ildə isə 1,1% olacaq.
Hesabat müəllifləri gözləyirlər ki, Dağlıq Qarabağdakı münaqişənin tənzimlənməsi nəticəsində 2021-2022-ci illərdə dövlətin kapital qoyulaşları ÜDM-nin 0,6%-i qədər artacaq.
Hərçənd, avgentlik hesab edir ki, bu məsələ ilə bağıl dəqiq vəziyyət 2021-ci ilin büdcə layihəsi yeniləndikdən sonra məlum olacaq (məsələ bundadır ki, 2021-ci il üzrə büdcə layihəsi açıqlananda hələ hərbi əməliyyatlar başlanmamışdı və əməliyyatların nəticələri büdcədə əksini tapmamışdı – FED.az).
Eləcə də yeni büdcədə fiskal qaydaların müvəqqəti dayandırılması ilə bağlı qaydalar davam etdiriləcək.
Agentlik bildirir ki, məzənnə siyasətinin hazırlanması prosesindəki qeyri-müəyyənlik və şəffalığın az olması siyasi səhv və zərərli korrektə siyasəti riskini gücləndirir. Açıqlamada xatırladılır ki, belə bir hal 2014-2015-ci illərdə neftin ucuzlaşm ası şoku zamanı baş verib.
Agenntlik bildirir i, Azərbaycan banklarında depozitlərin dollarlaşması (2019-cu ilin sonundakı 61%-dən 2020-nin avqustun sonuna 59%) və kreditlərin dollarlaşması (2019-cu ilin sonundakı 35%-dən 2020-ci il avqustun sonuna 32%) aşağı düşsə də, 2014-cü ilədək olanq döürdən yuxarıdır. Və bu kortəbii devalvasiya prosesinə təsir edə bilər
Agentlik bildirir ki, Azərbaycanda koronavirusa görə məhdudiyyətlər davam etdirilir və bu ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Belə ki, «Fitch»in proqnozuna görə, 2020-ci ildə ölkədə ÜDM 4,3% azalacaq. Səbəbi neft hasilatının azalması və karantin məhdudiyyətləridir. 2021-2022-ci illərdə isə iqtisadi artım müvafiq olaraq 2,7% və 2,0% olacaq. Agentlik hesab edir ki, hökumətin əhaliyə və biznesə dəstək üçün elan etdiyi antiböhran tədbirləri böyük deyil və 2020-ci il ÜDM-nin 3,1%-ni təşkil edir.
Agentlik xatırladır ki, Azərbaycan xammal məhsularından (neft-qazdan) güclü surətdə asılıdır. Ölkə iqtisadiyyatının 40%-i, ixracın isə 90%-i neft qazın payına düşür. Struktur sətrliyi və rəqabət qarşısındakı qeyri-maddi maneələr biznesin aparılması şəratinə mənfi təsir edir. Halbuki, bu amillər qeyri-neft sahəsini inkişaf etdirib iqtisadiyyatı şaxələndirə və neftdən asılılığı azalda bilər.
Agentlik hesab edir ki, koronavirus pandemiyasının və neftin ucuzlaşmasının Azərbaycan banklarının aktivlərinə mənfi təsiri davam edəcək. Açıqlamada deyilir ki, indiyədək problemli kreditlərin həcmində azalma var, belə ki, 2019-cu ilin sonunda problemli kreditlər 8,3% olsa da, 2020-ci il sentyabrın sonuna bu göstərici 7,3%-ə düşüb. Baxmayaraq ki, 2019-cu ildən indiyədək əhaliyə sosial yardım davam edir.
«Fitch» gözləyir ki, 2020-ci ilin sonuna problemli borclar daha da artıraq 10%-ə yaxınlaşacaq. Belə ki, pandemiyaya görə restrukturizasiya edilən kreditlərin bir hissəsinin qaytarılmasında yenə də problem olacaq.
Agentlik xatırladır ki, Azərbaycanın bank sistemini hələ zəif sayır və bunu «Fitch»in Bank Sistemi İndikatoru (BSI) da «b» səviyyəsi ilə təsdiqləyir.
Bununla yanaşı, Agentlik xatırladır ki, Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı böyük kapital ehtiyatı və aktivlərin daha yaxşı keyfiyyəti ilə mənfəətə qayıdıb.