Azərbaycanda dövlət şirkətlərinin xarici kredit götürməsinə nəzarət ciddi şəkildə gücləndirilib.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev 1-ci rübün yekunlarına həsr olunan müşavirədə bildirib.
Dövlət büdcəsində vəziyyət əladır – MALİYYƏ NAZİRİ AÇIQLADI
«Mən vaxtilə qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin alınmasına çox böyük ehtiyatla yanaşmalıyıq. Eyni zamanda, dövlət şirkətləri hansılar ki, vaxtilə heç kimdən soruşmadan özbaşına müxtəlif kreditlər götürürdülər. Sonra da bu kreditləri qaytara bilməyəndə bu ödəniş dövlətin üzərinə düşürdü. Eyni zamanda, çox qeyri-şəffaf mənzərə müşahidə olunurdu».
İlham Əliyev yerli sahibkarlara çağırış etdi: "Mənfəətli sahə olacaq"
Prezident bildirib ki, artıq belə hallara son qoyulub: «İndi heç bir dövlət qurumu hökumətin icazəsi olmadan bir manat kredit götürə bilməz. Hər götürülən kredit də hökumət tərəfindən təsdiqlənir və kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik, yüksək texnoloji komponenti olan layihələrə, eyni zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə. Digər layihələrə kreditlərin verilməsinə ehtiyac yoxdur. Məhz buna görə biz xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə, həm ümumi daxili məhsula nisbətdə azaltmışıq».