İtaliyanın ilk invest fondunun yaradıcısı Luçano Balbo (Luciano Balbo) Bakıda səfərdə olub.
Eləcə də bax: Azərbaycanda kartla bəxşiş ödəmək başlandı – YENİLİK – MÜSAHİBƏ
FED.az xəbər verir ki, Luçano Balbo — sərmayələr sahəsində tanınmış itiliyalı sahibkardır. Bu sahədə təqribən 20 illik iş dövründə o uğurlu karyera qurub.
Balbo sənaye müəssisələrinin idarə olunması sahəsincə böyük təcrübəyə malikdir, daha sonra 1983-cü ildən İtaliya bazarında sərmayələr üzrə aparıcı oyunçulardan ollan «BS Private Equity» şirkətinin təsisçilərindən biri olub. Eləcə də İtaliya ticarət banklarındana birinə rəhbərlik edib.
2003-cü ildə o İtaliyada ilk dəfə yaradılan vençur xeyriyyə fondunun rəhbəri olub, 2006-cı ildə isə sosial investisiyalar sahəsində ilk innovasiya fondunu – «Oltre Venture» yaradıb. Dəyər investisiya fondu sayılan bu fond əsasən sosial vəziyyətin çətin olan vətəndaşlara dəstək üçün təşəbbüslərə və sosial müəssisələrə yatırımlar edir. Məsələn bu fond insanlara mikrokreditlər ayırır, eləcə də digər şirkətin inşa etdiyi binalarda aztəminatlı şəxslər güzəştli qiymətə kirayədə yaşaya bilərlər.
Azərbaycanda kartla bəxşiş ödəmək başlandı – YENİLİK – MÜSAHİBƏ
Bakıda səfərdə olan Luçano Balbo müxtəlif qurumlarda, o cümlədən dövlət və qeyri- dövlət təşkilatlarında görüşlər keçirib. Səfər zamanı investor FED.az biznes və maliyyə xəbərləri portalına müsahibə verib.
- Bizə vaxt ayırdığınıza görə təşəkkür edirik. Əvvəlcə dəqiqləşdirək, dəyər investiiyaları nədir? Onun başqa yatırımlardan fərqi nədədir? Bu bizim üçün yeni anlayışdır.
“Pul vacibdir, amma onu itirməmək və puldan pul qazanmaq üsullarını bilmək də vacibdir” - MÜSAHİBƏ
- Haqlısınız, bu termin olaraq bir neçə il əvvəl yaradılmışdır. Əsasən də ABŞ-da və Qərbi Avropada geniş vüsət alıb. Ümumiyyətlə biz dəyər investisiyası deyəndə birinci növbədə ənənəvi investisiyadan fərqləndirən bir neçə cəhətləri də səciyyələndiririk. İlk növbədə onu ənənəvi investisiyadan fərqləndirən məqam nədir? Ənənəvi investisiya qoyuluşunda daha çox məqsəd yeni gəlir gətirən xidmətlərin və məhsulların ərsəyə gəlməsi idisə, burada ondan fərqli olaraq məqsəd - daha çox sosial və ətraf mühitə dəyər yaradan bir fəaliyyətin investisiyasıdır.
- Siz əvvələr başqa bizneslə məşğul olmusunuz, elə deyilmi?
- Bəli mənim uzun müddət adi bir biznesim olub. Və ənənəvi investorluq kimi nailiyyətlərim olub. Ancaq müəyyən illər keçdikdən sonra düşündüm ki, cəmiyyətə fayda vermək lazımdır. Bu sahədə dəyər investisiya mənə maraqlı gəldi və çalışdım ki, uzun illər ərzində topladığım bilik və bacarıqlarımı sosial yönümlü dəyər verilən investisiyaya yatırım.
- Dəyər investisiya fondunun yaradılmasında məqsəd nədir? Bununla siz sosial cəmiyyətə necə fayda verə bilrsiniz?
Eləcə də bax: “Kiçik bazarlar üçün istehsal iqtisadi cəhətdən rentabelli olmur” - MÜSAHİBƏ
- İlkin olaraq mən «Pan Micro» adlanan mikro müəssisəni təsis etdim. Bu, əsasən kiçik mikro layihələri maliyyələşdirirdi. Bizim verdiyimiz mikro kreditlərin həcmi o zaman təxminən bir neçə min avro təşkil etmişdi. Bunun da əsas hədəfi gənc insanların kiçik müəssisələrinin yaradılmasına yardım göstərilməsi idi. Ondan sonra biz mikro maliyyələşdirmə ilə, eyni zamanda İtaliyada miqrantlara da kömək etməyi düşündük. Həmin miqrantlara İtaliyada yaşayışını təmin etmək üçün müəyyən vəsaitlər tələb olunur. Onlara kömək göstərilməsi məqsədi ilə biz 5-10 min avro dəyərində mikrokreditlərin verilməsini təmin etmişdik. Ənənəvi olaraq onlar belə vəsaitin əldə olunmasının alternativ variantlarını tapmırlar. Çünki banklar bu qəbildən olan şəxslərə kredit verilməsində maraqlı olmurlar.
Başqa bir misal da göstərmək olar, sosial mənzillərin, binaların inşası üçün də aşağı faizli və uzun müdətli kreditlər veririk. Bununla da aşağı təbəqədən olan insanların sosial mənzillərə əldə etməsi üçün əlçatanlılığını təmin edirik.
- Kreditdən söz düşmüşkən, sizin fond kreditləri hansı şərtlərlə ayırır?
- Kreditlə bağlı şərtlərə gəlincə – illik faizlər 8-10% civarında dəyişir. Bu da aşağı faizlə daha uzunmüddətli kreditin verilməsi deməkdir. Yəni hər hansı miqrant nəğd axımını azaltmaqla 3 il müddətində aldığı kreditin məbləğini qaytarmaq üçün ona möhlət verilir.
-Bu fonda dəstək üçün kimlər pul keçirə bilər? İlk yatırımı siz etmisiniz. Hazırda təkcə sizin yatırımınız var? Yoxsa başqa təşkilatlar və şəxslər də bura pul keçirir? Bu baxımdan investisiya fondlarının çalışma mexanizmi necədir?
- Əvvəlcə onu deyim ki, son 15 il ərzində biz bu qəbildən olan 3 fondu təsis edə bildik. Bu yeni bazardır. Bu fondun ilk nəğd axınları çox zəngin insanlardan gəlir. Biz çalışırıq ki, onlara kreditlərimizin aşağı faizlə olsa da daha aşağı riskli olmasını izah edək. Çünki, bir investor hansısa kapitala müraciət edəndə o daha çox risklərlə qarşılaşa bilər, lakin yüksək gəlir əldə bilər. Bizim təkliflərimizdə isə əsas məqam sosial ehtiyacların qarşılanması olduğuna görə biz daha aşağı fazilərlə bu kreditləri veririk. Eyni zamanda bizim fonda pensiya fondundan, sığorta şirkətlərindən, digər təsisatlardan ianələrin gəlməsi, onlardan cüzi bir məbləği bizim fonda yönəldilməsi sosial ehtiyacları qarşılanmasına imkan verir. Burada da sosial ehtiyaclar əsas hədəf olduğuna görə bunlar kiçik qrantlarla qarşılana bilməz. Qrantlar həddən artıq çox yoxsul təbəqəyə yönəlməlidir. Ancaq müəyyən təbəqə də var ki, aşağı faizli və uzun müddətli kreditləri ala bilər. Beləliklə də biz yeni bir modeli cəmiyyətə təqdim edirik.
- Siz bildirirsiniz ki, kredit verdiyiniz şəxşlərə əvvəllər banklar kredit verməkdən imtina edib. Bəs kredit verdiyiniz şəxslər sizin kreditlərinizi qaytara bilirlərmi?
- Bilirsiniz, əsas etibarilə, kreditə müraciət edənlərin, kreditin qaytarılması səbəb kimi göstərilə bilməz. Bunlar əsas olaraq yerli fəaliyyətdir. Yerli fəaliyyət olduğuna görə böyük bankların kiçik həcmli kredit verməyə marağı o qədər böyük olmur. Bu səbəbdən də biz yerlərdə özümüzün təmsilçiliyimizi açaraq onların vasitəsilə bizə müraciət edən şəxslər haqqında müəyyən araşdırma aparırırıq. Biz həmin şəxsin qurmaq istədiyi biznesin öhdəsindən nə qədər gəlib-gəlməyəcəyini öyrənirik. Onun bu sahədə bacarıqlı olub-olmadığını üzə çıxarırıq. Bu baxımdan biz tipik bank təşkilatçısı kimi fəaliyyət göstərmirik. Biz o qədər iri həcmdə olan kreditə önəm vermədiyimizdən daha çox bizim qarşımızda sosial ehtiyacların qarşılanması əsas durur.
- Yəqin ki, onlar sizin bu addımınızı dəyərləndirirlər və aldıqları kreditləri ödəyirlər.
- Kreditlərin ödənilməməsi halları çox aşağı səviyyədədir. Miqrantlar üçün belə hal demək olar ki, 0-a bərabərdir. Çünki onlar İtaliyaya inteqrasiya edərək bu ölkənin vətəndaşı olmaq və özlərinə lazimi həyat şəraiti qurmaq üçün çalışırlar. Ancaq gənc sahibkarlara gəldikdə, onlar tərəfindən kreditlərin qaytarılmaması 6-7%-dən çox deyil. Təbii ki, araşdırma zamanı biz bacarığı olmayan şəxslərə kredit verməkdən əvvəlcədən imtina edirik. Bəzi hallarda hazır biznesə gənc sahibkarları yönəltməklə aşağı faizlə kredit vermək bizim üçün risk yaratmır.
- Sizin fondunuz banklarla, lombardlarla, mikro maliyyə insitutları ilə nə dərəcədə rəqabət apara bilirlər? İnsanların sizə müraciət etməsinə səbəb kimi sizin üstünlükləriniz hansılardır?
- Yarandığımız gündən böyük Fransa bankları qrupu BNP Paribasın italiyada rəsmi nümayəndiliyi bizə 2%-lik kredit vəsaiti ayırmışdı. Biz öz kreditlərimizi 10%-lə veririk. Beləliklə bizə bu marja 8% məsrəflərin qarşılanmasına imkan verir. İlk illərdə Avropa İttifaqının müəyyən təsisatları var ki, onlar bizə bu işçi heyətinin saxlanması üçün qrantlar ayırmışdı. Biz həmin qrantlar hesabına komandanın və ofisin xərclərini ödəyə bilmişdik. Onu da vurğulamaq yerinə düşər ki, belə bir təsisatın mövcudluğu üçün onun dayanıqlı kapitalı da olmalıdır. Müəyyən qrantların hesabına cari xərcləri qarşılamaq mümkün olur. Bundan başqa bizdə yarım milyon avrodan çox vəsait mövcuddur. Bu da bizə bazarda dayanıqlı fəaliyyətimizi təmin etməyə kifayət edir və digər rəqiblərimizlə davamlı rəqabət aparmağa imkan yaradır.
- Siz İtaliyadan başqa ölkələrdə də fəaliyyət göstərirsinizmi?
- Bizim fondumuzun vəsaitlərinin 80%-i İtaliyada. 20%-i isə digər Avropa İttifaqı ölıkələrində bölünüb. Əsas məsələ, İtaliyada sosial ehtiyacların qarşılanmasını hədəf kimi götürən və bizə ianə verən İtaliya sahibkarları daha çox olmasıdır. Bu baxımdan da biz daha çox İtaliyada istiqamətlənmişik. Lakin biz Avropa İttifaqı olan ölkələrlə də çox maraqlıyıq. Bu mənada Avropa İnvestisiya Fondundan da bizə vəsait daxil olur. Bizə hansı ölkədən vəsait daxil olarsa biz həmin ölkədə də fəaliyyətimizi davam etdirik. Fransada da biz aktiv fəaliyyət göstəririk. Azərbaycan gəldikdə isə düşünürəm ki, vəziyyət fərqlidir. Biz hesab edirik ki. burada daha çox yerli komanda yaradılmalıdır. İlk növbədə yerli komandanın yaradılması və sonradan onlarda formalaşan bacarıqların və səriştənin göstəriciləri bizi bu barədə düşünməyə vadar edə bilər.
- Sizcə, Azərbaycanda bu layihəyin investorları daha çox kimlər ola bilər? Dövlət, özəl şirkətlər, pensiya fondu, banklar - investor ola bilərmi?
- Bizim fikrimizcə daha çox dövlət təşkilatları. Öz təcrübəmizə əsasən deyə bilər ki, biz özümüz bu işə investor axtarıb tapmaqla başladıq. Biz yerli komandanın yaradılması və vəsaitin idarə edilməsi üçün müəyyən köməklik göstərə bilərik. Bundan başqa biz həmin şəxlərə vəsaitin idarə edilməsi üzrə bilik və bacarıqları da inkişaf etdirə bilərik. Böyük korporasiyalar, özəl təşkilatlar, zəngin insanlar, ilkin vəsait qoyuluşunu təmin edə bilərlər. Belə olacağı təqdirdə bu fəaliyyət Azərbaycanda geniş hal ala bilər.
- Dəyər investisiya fondları haradasa xeyriyyəçilik və normal biznes arasında dayanır. Onlardan hansına daha yaxındır? Sizcə, bura pul yatıranlar biznes məqsədilə pul yatırırlar, yoxsa, cəmiyətə fayda vermək istəyirlər?
- İlk olaraq onu deyim ki, xeyr, xeyriyyəçilik deyil. Biz ənənəvi biznesə yeni məqamları daxil etmişik. Bu baxımdan biz bu biznesin dayanqlılığına çox maraqlıyıq. Bu standard bir biznesdir. Lakin bu ənənəvi biznesdə olan düşüncə tərzi ilə başqa məqsədləri güdürük. Bizim də hədəflərimiz daha çox sosial ehtiyacların qarşılanmasıdır. Yəni biz dayanaqlılığı təmin etməklə cəmiyyətdə yeni vərdiş və bacarıqları formalaşdırırıq. Bununla belə, vəsait qaytarılmalıdır ki, model işlək olsun. Çalışırıq ki, marjanı aşağı saxlamaqla yeni imkanlar yaradaq və yeni biznes ideyalarından faydalanaraq sosial ehtiyacların ödənilməsinə yönəldək. Nuna görə düşünür ki, miqrantların kreditləşməsi proqramı biznesdir. Sadəcə bu biznes maraqları ilə yanaşı sosial aspektləri də özündə ehtiva edir.
- Onda belə çıxır ki, bu proses biznes prinsipləri ilə işləməsə, dayanıqlı olmayacaq.
- Bilirsiniz, bu kreditdir, qrant deyil. Qrantdan fərqli olaraq bu insanlar aldığı vəsaitin müqabilində müəyyən vəsaiti qarşılaya bilərlər. Çox da aşağı həddə olan yoxsul təbəqə deyil ki, biz onlara qrant verək. Biz onlara ehtiyaclarını qarşıladığı həcmdə qaytara biləcəkləri kredit veririk.
- Bizdə belə bir deyim var. Sən qarşı tərəfə balıq vermə, balığı necə tutmaq lazım olduğunu öyrət, qoy balığı özü tutsun. Belə başa düşdüm ki, bu sizin hədəf qrupunuza biznes qurmağa, biznes vərdişlərini formalaşdırmağa kömək edir. Çünki həmin şəxslər bilir ki. onlar işləyərək pulu qaytaracaqlar. Və həm özlərinə, həm də cəmiyyətə dəyər qatırlar. Bəs sizin sosial mənzil layihəniz necə işləyir?
- Əvvəla biz, sosial ehtiyacların fərqli olduğunu dərk etməliyik. Elə insanlar var ki, evsizdirlər. Hökümət tərfindən onlara müəyən sığınacaqlar verilir. Ancaq elə insanlar da var hansısa bir evi alıb kirayə edir, sonra onu ödəyə bilərlər. Lakin ənənəvi bazara çıxışı əldə edə bilmirlər. Məsələn, ola bilər ki, gənc işçilər əmək bazarında ilk addımlarını atır, amma onların maaşı bazarda olan evləri almağa və ya kirayə etməyə imkan vermir. Sosial mənzillə bağlı bizim layihəmiz bu təbəqədən olan insanlara xidmət göstərir. Həmin insanlar aldığı maaşın müqabilində müəyyən zaman kəsiyində, bizə müraciət etməklə aşağı faizlə kredit alıb qarşılaya bilərlər. Eyni zamanda Şimali İtaliyada indi əmək bazarında sıçrayış müşahidə olunur. Xeyli sayda gənc Cənubi İtaliyadan Şimali İtaliyaya axın edib işlə təmin olunur. Lakin aldığı məvaciblə Şimali İtaliyada mənzil bazarından mənzil əldə edə bilmirlər. Beləliklə biz sosial mənzil layihəsinə kredit ayırmaqla biz həmin şəxlkəri mənzillə təmin etmiş oluruq.
- Siz evləri onlara ucuz qiymətə kirayə verirsiniz yoxsa, onlara vəsait ayırırsınız ki, özləri ənənəvi bazarda kirayə qalsınlar?
- Biz şəhər bələdiyyəsindən ucuz başa gələn torpaqları alırıq. Onun üçün biz xüsusi şirkət təsis etmişik. Həmin şirkət ucuz başa gələn torpaq sahələrində bina tikir. Bu binaları da sonrakı addımda bir yataqxana yaxud hostel kimi, tələbələrə kirayəyə verir. Onlar da ucuz qiymətə bu evlərdə kirayə qalırlar. Bundan sonra onlar da əmək bazarında püxtələşməklə daha çox məvacib əldə edirlər və ənənəvi mənzil bazarından mənzil alırlar. Ancaq demək olmaz ki, bizim gəlirlərimiz və xərclərimiz artır. Çünki bu stabil nəğd axımı şəklində işləri idarə edirik və kifayət qədər maraqlı marjaya malikik. Qismən aşağı qiymətə aldığımız torpağın sahəsinə görə kirayə mənzilin qiymətini balanslaşmış şəkildə idarə edirik.
- Azərbaycanla bağlı planlarınız necədir? Bildiyimizə görə burada çoxlu görüşlər də keçirmisiniz. Bununla bağlı işlər hansı səviyyədədir? Sizin bu ideyaya görüşdüyünüz qurumların münasibəti necə oldu? Azərbaycanda fəaliyyətinizə hansı layihələrdən başlaya bilərsiniz?
- Bizim Azərbaycanla bağlı fəaliyyətimiz nəzərdə tutulmayıb. Biz çalışacağıq ki, Azərbaycanda münasib yerli qururmu tapaq və həmin qurumla uyğun əlaqələr yaradaq. Müəyyən yerli vəsait hesabına bu işlərə start verək. Digər təsisatlar hesabına olan investisiya nəticəsində belə bir strukturu Azərbaycanda yaradaq.
- Siz ənənəvi bizneslə də məşğul olmusunuz. Bəzən deyirlər ki, iş adamları sosial biznesə cəmiyyətə olan borclarını qaytarmaq üçün gedirlər. Siz ənənəvi biznesdə daha çox xoşbəxt idiniz, yoxsa, indi?
- Demək olar ki, mən o zaman da, indi də xoşbəxtəm. Çünki bunlar mənim öz şəxsi seçimim idi. Sosial biznesə keçid edəndən İtaliyanı başqa çalarlardan, başqa rənglərdən görməyə başladım. Sosial cəhətdən daha çox dəyərləndirməyə başladım. Şəxsi seçimim olduğuna görə indi daha çox xoşbəxtəm.