Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
      • Test
  • Az
    • Az
    • Ru
Banner

İqtisadiyyat

  1. Ana səhifə
  2. İqtisadiyyat
  1. İqtisadiyyat

Özəl şirkət Dövlət Xidmətini inhisarçılıqda, Dövlət Xidməti isə özəl şirkətləri qanunsuz sertifikatlar təqdim etməkdə - İTTİHAM EDİR

Özəl şirkət Dövlət Xidmətini inhisarçılıqda, Dövlət Xidməti isə özəl şirkətləri qanunsuz sertifikatlar təqdim etməkdə - İTTİHAM EDİR | FED.az
09:03 13 Fev 2023

“AZSERTCENTER” MMC şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi tərəfindən onlara təzyiqlər olduğunu, eyni zamanda Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin qanunları pozduğunu və  inhisarçılıq yaratdığını iddia edir. 

“Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi üzrə - ARAŞDIRMA BAŞLAYIB

8 özəl provayderin müraciəti əsasında "Aztelekom" və "Bakı Telefon Rabitəsi" haqqında - İŞ QALDIRILIB

Azərbaycanda «Bolt» taksi şirkəti - 100 MİN MANAT CƏRİMƏ EDİLİB 

FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bildirib ki, bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib. 

“AZSERTCENTER” MMC-nin direktoru Mahmud Yusubov müraciətində yazıb ki, “AZSERTCENTER” MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı 2015-ci ildən qanunvericiliyə uyğun olaraq Respublikamızda bu sahədə AZS ISO/IEC 17065-2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartının tələblərinə uyğun akkreditasiya olunaraq fəaliyyət göstərən ilk sertifikatlaşdırma orqanıdır. Fəaliyyətimiz əsasən xarici istehsalçıların məhsullarının uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanı Azərbaycan Respublikasında yeganə orqandır ki, 5-ci sxem üzrə İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s. müəssisələrin istehsal sahəsində iştirak edərək uyğunluğun qiymətləndirilməsini həyata keçirmişlər. Həmçinin Orqanımızda fəaliyyət göstərən 22 nəfər əməkdaşın hər biri sertifikatlaşdırma sahəsində təcrübəli, beynəlxalq sertifikatlara malik ekspertlərdir.  

"“AZSERTCENTER” Sertifikatlaşdırma orqanının fəaliyyət göstərdiyi 7 il ərzində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 3 dəfə akkreditasiya  olunub, akkreditasiya dövründə 6 dəfə akkreditasiya tələblərinə riayət olunmasına aid illik qiymətləndirilməsi müsbət nəticələnmişdir. Həmçinin bu zaman ərzində  uyğunluğun qiymətləndirilməsi prosesini eyni sahə üzrə apararaq fəaliyyətimizi davam etdirmişik. 

İlkin olaraq nəzərinizə çatdırmaq istərdik ki, fəaliyyətə başladığımız tarixdən bugünə kimi fəaliyyətimiz dövründə tərəfimizdən verilən bütün uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun olaraq surəti Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, və  Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinə dövlət reyestrinə yerləşdirilməsi üçün göndərilmişdir. Lakin, 2020-ci il ilin avqust ayından (Xidmətin Əsasnaməsinin təsdiqlənməsindən 3 ay sonra) etibarən tərəfimizdən verilən uyğunluq sertifikatlarının heç biri dövlət reyestrinə yerləşdirilməmişdir. Burada əsas məqsəd tərəfimizdən verilmiş uyğunluq sertifikatlarının dövlət reyestrində görünməməsini təmin etməklə əməkdaşlıq etdiyimiz xarici təşkilatlarda orqanımız haqqında müəyyən çaşqınlıqların yaradılmasıdır. Eyni zamanda, bu addımın atılmasında əsas məqsəd yuxarıda adı çəkilən təşkilatların (İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s.) xidmətimizdən imtina edilməsinə və inhisarçılıq yaradaraq himayəlik etdikləri və yeni yaradılan “PROBO” MMC-yə yönləndirilməsindən ibarətdir. Qeyd edək ki, “PROBO” MMC 2020-ci ilin dekabr ayından etibarən (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin təsdiqləndiyi dövrdən) fəaliyyətə başlamışdır. Bu təşkilatın yaradıldığı və fəaliyyətə başladığı dövrdən etibarən 10 ilə yaxın olaraq eyni sahə üzrə fəaliyyət göstərən “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanına müəyyən təzyiqlər olunmağa başlamış və illərdir uyğunluğun qiymətləndirilməsini apardığımız sahə üzrə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yanında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən müəyyən məhdudiyyətlər qoyulmuşdur", - Mahmud Yusubov müraciətində iddia edir. 

Həmçinin, “AZSERTCENTER”nin direktoru iddia edir:

"Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin  inhisarçı siyasətinə əlavə olaraq onu da bildirmək istərdik ki, himayəlik etdiyi qurumlar tərəfindən verilən uyğunluq sertifikatlarının görünməməsi məqsədilə 2021-ci il tarixindən etibarən rəsmi internet saytında uyğunluq sertifikatlarının dövlət reyestrinin aparılması qanunsuz olaraq dayandırılmış və ictimaiyyətdən gizlədilmişdir. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsində uyğunluq sertifikatlarının reyestrinin aparılması vəzifəsi olmasına baxmayaraq atılan bu qərəzli addım həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 215 saylı “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə Qərara ziddir. Antiinhisar siyasəti əsasında yaranmış Xidmət bu sahədə inhisarçılıq siyasəti həyata keçirərək akkreditasiya edilmiş sertifikatlaşdırma orqanlarının fəaliyyətlərinə müdaxilələr edir. Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi qanunvericilik aktlarının ölkə ərazisində sahibkarlığın inkişafına yönəlməsinə baxmayaraq, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi və Xidmətin tabeliyində olan publik hüquqi şəxslər tərəfindən uyğunluğu qiymətləndirən qurumların bu cür sıxışdırılması sahibkarlığın inkişafına yönəlmiş siyasətə ciddi xələl gətirir. Təəssüflər olsun ki, fəaliyyəti inhisarçılığın qarşısını almağa yönəldilmiş bir qurumun həyata keçirdiyi siyasət sertifikatlaşdırma bazarında özü inhisarçılıq yaradır".

DÖVLƏT XİDMƏTİ: QANUNSUZ UYĞUNLUQ SERTİFİKATLARI TƏQDİM EDİBLƏR

Bir neçə gün öncə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaydığı press-relizində bildirib ki. ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarəti gücləndirib.

Xidmətdən Marja-ya daxil olmuş məlumatda qeyd olunub ki, bu məqsədlə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu sahədə fəaliyyət göstərən bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib. 

"İstehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən bu qurumlar barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və qanun pozuntusuna yol vermiş qurumlara məhkəmə tərəfindən inzibati cərimələr tətbiq edilib",- Xidmətin məlumatında bildirilir.

Dövlət Xidmətinin məlumatında qeyd edilib ki,  2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən 1 uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası ləğv edilib, 6 qurumun fəaliyyəti müvəqqəti dayandırılıb. Sahibkarlıq subyektlərinə təqdim edilmiş 131 uyğunluq sertifikatı və 5 yoxlama haqqında şəhadətnamənin ləğvi barədə göstəriş verilib (Marja). 

Banner
Banner
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət
  • inhisarçılıq
  • özəl
  • şirkətlər
  • qanunsuz sertifikatlar
  • AZSERTCENTER
Paylaş

Digər xəbərlər

Ukraynada bənd uçdu - Buğdanın qiyməti qalxdı
İqtisadiyyat 6 İyun 2023
Ukraynada bənd uçdu - Buğdanın qiyməti qalxdı
Türkiyənin hazır geyim - İXRACI AZALIB
İqtisadiyyat 6 İyun 2023
Türkiyənin hazır geyim - İXRACI AZALIB
Dövlət Xidməti: "4 ayda 43 bazar subyekti reklam qanunvericiliyinin tələbini pozub"
İqtisadiyyat 6 İyun 2023
Dövlət Xidməti: "4 ayda 43 bazar subyekti reklam qanunvericiliyinin tələbini pozub"
Naxçıvanda özəl məktəblər və klinikalar açılacaq – YENİLİK
İqtisadiyyat 6 İyun 2023
Naxçıvanda özəl məktəblər və klinikalar açılacaq – YENİLİK
Azərbaycanın qeyri-neft ixracı - 22% ARTIB
İqtisadiyyat 6 İyun 2023
Azərbaycanın qeyri-neft ixracı - 22% ARTIB
Naxçıvanda güzəştlərin tətbiq olunduğu - Ticarət Mərkəzi Yaradılacaq
İqtisadiyyat 5 İyun 2023
Naxçıvanda güzəştlərin tətbiq olunduğu - Ticarət Mərkəzi Yaradılacaq
Naxçıvanda Azad iqtisadi zona və sənaye parkı yaradılacaq
İqtisadiyyat 5 İyun 2023
Naxçıvanda Azad iqtisadi zona və sənaye parkı yaradılacaq
Malları xüsusi gömrük proseduru ilə yerləşdirilən sahibkarların siyahısını genişləndirmək üçün - GÖRÜŞ OLACAQ
İqtisadiyyat 5 İyun 2023
Malları xüsusi gömrük proseduru ilə yerləşdirilən sahibkarların siyahısını genişləndirmək üçün - GÖRÜŞ OLACAQ
FAO:  Mayda ərzaq qiymətləri düşüb
İqtisadiyyat 3 İyun 2023
FAO: Mayda ərzaq qiymətləri düşüb
Azərbaycanda un ucuzlaşıb - QİYMƏT
İqtisadiyyat 3 İyun 2023
Azərbaycanda un ucuzlaşıb - QİYMƏT
Mikayıl Cabbarov Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO
İqtisadiyyat 2 İyun 2023
Mikayıl Cabbarov Gürcüstanın Baş naziri ilə görüşüb - FOTO
Ərdoğan iqtisadiyyatı yenidən ona - HƏVALƏ EDƏCƏK?
İqtisadiyyat 2 İyun 2023
Ərdoğan iqtisadiyyatı yenidən ona - HƏVALƏ EDƏCƏK?
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • «Ermənistanla sülh sazişinin astanasındayıq» - 3 MƏSƏLƏ MANE OLUR
    02:13 7 İyun 2023
  • "Mobil Group" MMC "Marketinq üzrə mütəxəssis” vəzifəsi üzrə - VAKANSİYA ELAN EDİR
    22:32 6 İyun 2023
  • "Bravo" işçi axtarır - VAKANSİYA
    22:12 6 İyun 2023
  • "Azər Türk Bank" işçilər axtarır - VAKANSİYALAR
    22:09 6 İyun 2023
  • "Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
    22:05 6 İyun 2023
  • Qarabağda işləmək üçün işçilər axtarılır - MAAŞ 750-1400-1430-1600-1640-1800 MANAT - VAKANSİYA
    21:58 6 İyun 2023
  • "Access Bank" işçi axtarır - VAKANSİYA
    21:56 6 İyun 2023
  • Azərbaycan Sənaye Korporasiyası ASC işçi axtarır - MAAŞ 1440 MANAT - VAKANSİYA
    21:54 6 İyun 2023
  • "Rabitabank" işçi axtarır - VAKANSİYA
    21:52 6 İyun 2023
  • "ODONTOS LTD" işçi axtarır - MAAŞ 800-900-1000-1200-1600 MANAT - VAKANSİYA
    21:47 6 İyun 2023
  • "Baku Accountants Associates" MMC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    21:40 6 İyun 2023
  • "Invest AZ" QSC işçilər axtarır - VAKANSİYALAR
    21:33 6 İyun 2023
  • ÜÇÜNCÜ BİLDİRİŞ - Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi - TƏYİN EDİLDİ
    18:58 6 İyun 2023
  • Avtomobillərin gömrük bəyannamələri ilə bağlı bu qərar - LƏĞV EDİLDİ
    18:23 6 İyun 2023
  • Leysan yağıb - FAKTİKİ HAVA
    18:20 6 İyun 2023
  • AQTA Rusiya araqları ilə bağlı əhaliyə müraciət edib - FOTOLAR
    18:12 6 İyun 2023
  • Bank sektorundan istehsalata - TRANSFER OLUB
    18:05 6 İyun 2023
  • Birinci rübdə Azərbaycanın sığorta sektorunun xalis mənfəəti - 42% ARTIB
    17:58 6 İyun 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:42 6 İyun 2023
  • “Ukrayna əks-hücum əməliyyatına başlayıb”
    17:37 6 İyun 2023
  • Fitch: "Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini daha da artıracaq"
    17:33 6 İyun 2023
  • Hesablama Palatası: “Qaçqınkom”da 20,1 mln. manat vəsait düzgün istifadə edilməyib"
    17:27 6 İyun 2023
  • Azərbaycanda rus vətəndaşı 20 min manat sərmayə ilə yeni şirkət yaratdı
    17:24 6 İyun 2023
  • Azərbaycanın yeganə saat istehsalçısı - VMF sirkəti - 1 milyon manat borc cəlb edir
    17:19 6 İyun 2023
  • Xəzinə 60 milyon manat da - BORCLANDI
    17:14 6 İyun 2023
  • Tovuz rayonunda yolların əsaslı təmiri işləri ilə bağlı - TENDER ELANI
    17:14 6 İyun 2023
  • Azərbaycan bazarına Kipr şirkəti daxil olur
    17:02 6 İyun 2023
  • "İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı - QƏRAR VERİLİB
    16:54 6 İyun 2023
  • AZAL və IATA yeni - MEMORANDUM İMZALAYIB
    16:48 6 İyun 2023
  • Dövlət qurumu pikap tipli avtomobil alır - TENDER ELANI
    16:47 6 İyun 2023
  • "Al Market" növbəti dəfə- MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    16:44 6 İyun 2023
  • Qopub tökülən “AMAY” ticarət mərkəzi ilə bağlı - RƏSMİ AÇIQLAMA
    16:40 6 İyun 2023
  • İmişlidə 10 min manat sərmayə ilə yeni şirkət yaradılıb
    16:38 6 İyun 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - VƏFAT EDƏN OLMAYIB
    16:37 6 İyun 2023
  • Təbiətə 158 min manatlıq ziyan vuruldu - CİNAYƏT İŞİ AÇILDI
    16:30 6 İyun 2023
  • Dövlət Məşğulluq Agentliyindən "B2B Group" MMC-yə 959 min manatlıq sifariş
    16:28 6 İyun 2023
  • Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayan qanun layihələri məlum olub - SİYAHI
    16:23 6 İyun 2023
  • "Azer Pak" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:23 6 İyun 2023
  • Azərbaycanda türk vətəndaşı 85 min manat sərmayə ilə yeni şirkət yaradıb
    16:18 6 İyun 2023
  • Yağıntılı hava nə vaxta kimi davam edəcək? - PROQNOZ
    16:18 6 İyun 2023
  • "Airbus Defence And Space SAS" Azərbaycandakı - FİLİALI BAĞLAYIR
    16:11 6 İyun 2023
  • ƏƏSMN-in satışa çıxardığı mənzillərin - 200-Ə YAXINI SATILIB
    15:47 6 İyun 2023
  • Qarabağda sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə - Maliyyə Yardımı Ödəniləcək
    15:37 6 İyun 2023
  • "Unibank"dan biznes üçün yay kampaniyası: KARTLAR PULSUZ, KOMİSSİYA SIFIR
    15:33 6 İyun 2023
  • Expressbank-ın “Gənc Bankirlər” proqramı - DAVAM EDİR
    15:29 6 İyun 2023
  • Rusiya Kaxovka SES-ə hücumda əli olması ilə bağlı iddiaları - RƏDD EDİB
    15:24 6 İyun 2023
  • Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığımına başlanılıb - FOTOLAR
    15:16 6 İyun 2023
  • Bu sürücülər - 150 MANAT CƏRİMƏLƏNƏCƏK
    15:08 6 İyun 2023
  • Sahibkarlar Rusiyanın pərakəndə satış şəbəkələrində iştiraka - DƏVƏT EDİLİB
    15:02 6 İyun 2023
  • Ət niyə - BAHALAŞIR?
    14:56 6 İyun 2023
  • Sahibkarların asan kredit götürməsi üçün - GÖRÜŞ KEÇİRİLİB
    14:39 6 İyun 2023
  • Azərbaycanda torpaq sahələri lə bağlı - YENİ CƏRİMƏLƏR - 500-10 000 MANAT
    14:34 6 İyun 2023
  • Gömrük Məcəlləsində dəyişiklik: 4 ildən köhnə avtomobillər üçün - Utilizasiya haqqı alınacaq
    14:31 6 İyun 2023
  • Sahibsiz hesab edilən avtomobillər utilizasiyaya veriləcək
    14:26 6 İyun 2023
  • Azərbaycanda bəzi cərimələr artırılır - SİYAHI
    14:15 6 İyun 2023
  • Azərbaycana gətirilən avtomobillərlə bağlı - YENİ QAYDALAR - ƏLAVƏ HAQQ ÖDƏNİLƏCƏK
    14:12 6 İyun 2023
  • Kənd Təsərrüfatı Nazirliyinin yeni binası istifadəyə verildi - PREZİDENT İŞTİRAK ETDİ - FOTOLAR
    14:07 6 İyun 2023
  • Hərbi geyimlərin alınması ilə bağlı - TENDER ELANI
    14:05 6 İyun 2023
  • Yerli şirkətlərin sərgisi başlayır - 150-dən çox şirkətin məhsulları nümayiş olunacaq
    13:23 6 İyun 2023
  • Vergidən yayınmaq üçün vətəndaşlara kartdan-karta - ÖDƏNİŞ TƏKLİF EDİLİR... - VİDEO
    13:15 6 İyun 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!